İnternetin inkişafında struktur islahatlar... - Əməkdar mühəndis yazır
29-01-2020 [14:19]
Əməkdar mühəndis,
AzTU-nun Baş müəllimi
***
Genişzolaqlı- sürətli internet xidməti sahəsində bazarın stimullaşdırılması və ədalətli rəqabət mühüti yaratmaq vacib şərtdir.
Ölkəmizdə hər bir operatorun istifadəçilərinin istifadə etdiyi ümumi internetin sürətini abunəçilərin sayına böldükdə mobil və sabit şəbəkələrdə umumiyyətlə ölkəmizdə bir nəfərə düşən internet sürəti çox aşağıdır. Həmçinin diğər problemləri (İP ünvan çatışmamazlığı, mis kabellərin köhnəliyi, istifadəçi apparatlarında-kompüter, modem və spliterlərdə olan nasazlıqlar) də əlavə olunanda internet istifadəçilərinin narahatlıqlarını və şikayətlərini başa düşmək olar. “Telekommunikasiya və İKT-nin inkişafı üzrə Srateji Yol Xəritəsində” 2015-ci ilin 4 rübün məlumatlarına əsasən (mənbə TeleGeography, Akamal şirkəti ) Azərbaycanda sabit şəbəkədə bir genişzolaqlı internet istifadəçinin istifadə etdiyi orta sürət Qazaxstana nəzərən iki dəfə, Rusiyaya nəzərən üç dəfə aşağıdır. Ölkəmizdə genişzolaqlı internetin mövcud vəziyətinin araşdırılması və genişzolaqlı internetin inkişafı üçün inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməklə hər tərəfli elmi tədqiqat işlərinin aparılması aktual məsələdir.
Dünyanın bir çox inkişaf etməkdə olan ölkələrində, o cümlədən Azərbaycanda internet üçün istifadə edilən telefon kabel, xətt qurğulatının stansiya ilə abunəçi mənzili (ofisi) arasında son mill hissəsində internet xidmətinin keyfiyyəti yetərli olmayıb, onun strukturu hələlik asimmetrikdir. Əsas problem isə bu sektorda xidmət sahəsində bir tərəfdən rabitə sistemində dövlət tənzimləməsini həyata keçirən nazirliyin tərkibində inhisarçı mövqeyə sahib güclü (provoyderlər) ənənəvi operatorlar, digər tərəfdən isə bazarının özəl provoyderlər - iştirakçıları qərarlaşır. Ölkəmizdə nazirlik tabeçiliyində olan operatorlarla (“Bakıtelecom” MMC və Aztelekom MMC) telekommunikasiya bazarında həm oyunçu, həm də hakim rolunu oynayır. Beləliklə bu şəraitdə oyunçu həm də hakim olmaqla ədalətli konkurensiya prinsipləri pozulur. Bu problemlərin həlli üçün yaranacaq “Müstəqil Tənzimləyici” orqanın əsas vəzifəsi bazara ədalətli rəqabət dinamikasının gətirilməsidir. Çünki sağlam bazar mühitində rəqiblər xüsusi ilə özəl provoyderlər öz bizneslərini genişləndirməyə, daim innovasiyalar tətbiq etməyə, texnologiyaların inkişafına investisiya yatırmaqda davam etməyə, yeni şəbəkə həllərinə nail olmağa meylli olurlar.
Güclü ədalətli rəqabət mühiti inkişafın əsas aparıcı qüvvəsidir. Bunun nəticəsində istifadəçilər (əhali) üçün qiymətə, keyfiyyətə görə real xidmət seçimi imkanı yaranır. Həmşinin dövlətin bu sahəyə sərmayə qoymaq yükü azalır. Dünyanın əksər inkişaf etmiş ölkələrində (Amerika, İngiltərə, Türkiyə, Yaponiya, Cənubi Koreya və s.) telekommunikasiya sahəsində müstəqil tənzimləmə qurumu fəaliyyət göstərir. MDB mıkanında isə Qazaxstan, Özbəkistan, Qırğızstan, Ukraniya, Gürcüstan və s. ölkərdə isə bu sektorda 20 ildən çoxdur ki, müstəqil tənzimləmə qurumları fəaliyyət göstərir. Bunun nəticəsində Qazacstan genişzolaqlı internet xidməti həcmi və keyfiyyətinə görə ölkəmizdən iki dəfə öndədədir.
Struktur islahat aparmaqla telekommunikasiya sektorunda xidmət həcmini iki dəfə və daha çox artırmaqla tələb olunan əmək resursları artaraq əlavə iş yerlərinin sayını iki qat artırmaq olar. Təcrübəli peşəkar işçiləri ixtisar etməklə əmək haqqı xərclərini azaltmaq və ya ixtisar hesabına işldə qalıb vəzifələrini müxtəlif vasitələrlə qoruyub saxlayan işçilərin əmək haqlarının artırılması qruplar arası sosial asimetriya və zidiyyətlər yaradır. Ümumumiyyətlə təsərrüfat subyektlərində islahatlar ixtisar yönümlü deyil, iş və ya xidmət həcmin artırılması ilə əlaqəli- Hörmətli Pezidentimizin siyasətinə uyğun yeni iş yerlərinin açılması ilə əlaqadar aparılmalıdır.
Genişzolaqlı İnternetin imkanlarından istifadə üçün zəruri bilik, bacarıqların yetərli olmaması, bir çox regionlarda əlaqədar infrastrukrun İnformasiya cəmiyyəti problemlərinin inkişaf etməməsi, idarəetmə sahəsində İKT sahəsində peşə hazırlığının və biliklərinin lazımi səviyyədə olmaması, əhalinin bildiyi dildə kontentin az olması da genişzolaqlı İnternetin inkişafına əngəl olan əsas amillərdəndir Bu problemləri aradan qaldırmaq üçün bir sıra tədbirlər həyata keçirilməlidir.
* Birinci; Normal rəqabət mühitinin təmin edilməsi: Genişzolaqlı İnternet bazarının effektli inkişafı bütün rəqiblər arasında ədalətli və bərabər imkanların yaradılması. Müsstəqil Tənzimləmə qurumunun yaradılması.
*İkinci; Lokal yrli kontentin - yerli internet resurslarının yaradılması. Ölkəmizdə internet istifadəçiləri 90 % xarici internet resurslardan istifadə edir. Nəticədə internet resurslarının beynəlxalq nəqli həcmi artır və qiymət bahalaşır.
* Üçüncü; Əhalinin İKT biliklərinin artırılmasına nail olmaq. İnsan potensialının və resurslarını inkişaf etdirmək. Nəticədə elektron xidmətlərinin həcminin maksimum artırmaqla rəqəmli iqtisadiyyatın qurulması.
* Dördüncü; Genişzolaqlı İnternet sektorunda maraqlı olan tərəflərdən ibarət qrup yaratmaq. Həmin qrupa özəl operatorlar və təchizatçılar, istifadəçilər, elmi-tədqiqat müəssisələri və qeyri-hökumət təşkilatları nümayəndələrini daxil etmək. Genişzolaqlı internetin inkişafı istiqamətlərini müəyyən edən milli strategiya işləyib hazırlamaq.
* Beşinci; Genişzolaqlı İnternet sahəsində göstəricilər şəffaf, bazar və sosial analiz üçün istifadəsi, xərclərin və gəlirlərin iqtisadi cəhətdən əsaslandırılması siyasi motivlərə bağlı olmammalıdır.
*Altıncı; Hələlik dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda regionlarla paytaxt arasında, şəhərlərlə kəndlər arasında, rayon mərkəzləri ilə kəndlər arasında, müxtəlif əhali qrupları arasında genişzolaqlı İnternetə çıxışla bağlı ciddi fərqliliklər mövcuddur. Bu uçurumu aradan qaldırmaq üçün dövlətin müəyyən stimullaşdırıcı tədbirlərin görməsi vacibdir.
*Yedinci; Texnoloji proqresdən effektif istifadə. Sabit və mobil şəbəkə sektorlarında evə kimi optika (FTTH-Fiber To The Home, GPON, WI-Max, LTE-Long-Term Evolution- Uzunmüdətli inkişaf mənasını verən və s.) müasir texnologiyaların tətbiq edilməsidir. Evə kimi optika ilə genişzolaqlı xidmətlərin sürətini Gbit/saniyə, LTE texnologiyaları ilə mobil apparatlarda sürəti 300Mbit/saniyə əldə etmək olar. Məsələn 4G LTE texnologiyaları ilə sürətli internetin əhatə dairəsinə (ərazisinin 89%-ini əhatə edir) görə Qazaxstan dünya liderlərindən biridir. Regionlarda, xüsusi ilə kənd yerlərində tezlik resurslarından istifadə qiymətlərini minimum məyyən etmək və digər stimullaşdırıcı tədbirlər həyata keçirməklə kəndlə şəhər arasında uçurumu minimuma endirmək olar.
*Səkizinci; Genişzolaqlı İnternetin genişlənməsi hesabına iqtisadi artım özünü ÜDM-də makrosəviyyədə inkişafa təsirinin real analizi. Bundan başqa, müsbət effekt müəssisə səviyyəsində məhsuldarlığın, məşğulluğun artmasında əks olunmaqla, mikrosəviyyədə də iqtisadiyyatın inkişaf etməsi ilə özünü göstərir.
*Doquzuncu; Genişzolaqlı internetin inkişafı üçün hüquqi-normativ sənədlərin hazrlanması və qəbul edilməsi.
Müasir dünyada tərəqinin və inkişafın əsasını müəyyən edən faktor kimi E-təhsil, E-səhiyyə, E-hökümət,E-xidmət, E- ticarət, rəqəmli iqtisadyyat, E-iqtisadiyyat və s genişzolaqlı internet və cəmiyyətin fəaliyyətinin bütün sahələrində elektron vasitələrin maksimum tətbiqi inkişaf etməkdə olan ölkələr üçün həlli vacib məsələdir.
Mia.az
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək
Mərkəzi Bank uçot dərəcəsini azaldıb, bəs illik inflyasiya? - QƏRAR