Bakıda zoomarketə basqın olub, sahibi bıçaqlanıb

img

08-01-2020 [21:21]


Bakıda xəstəxanaya yerləşdirilən kişinin hansı şəraitdə bıçaqlandığı məlum olub.

"Report" xəbər verir ki, xəsarət alan 67 yaşlı Hikmət Babayev Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən zoomarketin sahibidir.

Məlumata görə, marketə basqın edən naməlum şəxslər H.Babayevə bıçaqla xəsarət yetirərək oradan 14 min manat pul götürüblər və ərazidən uzaqlaşıblar.

Hadisəni törədən şəxslər axtarılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA