Bakıda avtobusla yük maşını toqquşub, xəsarət alanlar var

img

07-01-2020 [20:53]


Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub.

Hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

Belə ki, 202 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusu çörək daşıyan yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan sərnişinlər arasında xəsarət alanlar var.

Qəza səbəbindən ərazidə tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA