QIZIL ALVERİ, FALA BAXDIRMAQ... - "Aztelekom"un sabiq rəhbərinin xanımı ilə bağlı sensasion məhkəmə qalmaqalı
29-12-2019 [13:01]
Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilən ana və oğlu növbəti dəfə hakim qarşısına çıxarılıb.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Hüseyn Əlizadə ifadə verib. O, hakimin suallarına cavabında deyib ki, heç bir şəxsdən pul almayıb və falçılıqla bağlı deyilənlər əsassızdır. Hüseyn əsas zərərçəkmiş kimi tanınan Rübabə Ağayeva haqda danışıb.
Deyib ki, Rübabə Ağayevanı anası vasitəsi ilə tanıyıb: "Mən həmin ərəfədə ev tikdirirdim. Pulum qurtardığı üçün alış-veriş məqsədi ilə aldığım qızılları satışa çıxardım. Rübabə dedi ki, qızılları ona verim. Hissə-hissə ödəniş edəcəyini dedi. Əvvəlcə 2 min manat ödədi. Demək istədiyim budur ki, onun bizə borcu var. Bizim "İçərişəhər"də geyim mağazamız var. Rübabə dəfələrlə bizə gəlinin köhnə paltarlarını gətirib. Deyirdi ki, onları satıb borcundan çıxaq. Həmin paltarlardan biri də orada idi. Hətta Rübabə barəsində 41-ci Polis Bölməsində 178.3.2-ci maddəsi ilə cinayət işi açılmışdı. Amma sonradan iş dəyişdi. Onların əvəzinə bizi tutdular.
Digər zərərçəkmiş Qızxanım Əliyeva bizdən dəfərlə qızıl alıb-satıb. Hətta onun qızı da bizə gəlib-gedirdi. Kartla ödəniş də edib. Yəni, kartdan pul çıxarıb bizə verirdi. Mən fala baxırdımsa, ödənişi kartla edirdi? Qızxanım anama dedi ki, qızıl alveri ilə məşğul olmaq istəyir. Anamdan külli miqdarda qızıl istədi. Amma anam dedi ki, qızıl verə bilməz. Lakin anam Qızxanıma dedi ki, onu Türkiyədə qızıl aldığı şəxslə tanış edə bilər. Qızxanım əri və qızı ilə Türkiyəyə getdi. Həmin ərəfədə Rübabə bizə gəldi. Dedi ki, Qızxanıma qızıl vermə, onun ərini tutacaqlar".
Məhkəmədə məlum olub ki, zərərçəkmiş Qızxanım Əliyeva "Aztelekom” İstehsal Birliyinin sabiq baş direktoru, "Rabitə işi" çərçivəsində başlayan əməliyyatlar zamanı həbs edilən Məhəmməd Məmmədovun xanımdır.

M.Məmmədov
Məhəmməd Məmmədov dövlətə 4 milyon 400 min manat zərər vurmaqda ittiham edilərək 2015-ci ildə Rabitə və yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri ilə birlikdə həbs edikmişdi. Məmmədov həbs edildikdən sonra dövlətə vurduğu zərəri ödəmişdi.
İttihama görə, Qızxanım Əliyeva ana və oğlunun yanına gedərək fala baxdırmaq istəyib. Bu zaman ana və oğlu onu aldadaraq qızıllarını ələ keçiriblər.
Hüseyn ifadəsinin davamında digər zərərçəkmişlərlə bağlı da danışıb: "Bu işdə yalandan zərərçəkmiş kimi tanınan Namədi də uşaqlıqdan tanıyıram. Naməd əvvəl anamla alver edirdi. Sonra anamı aldatdı, biz nə qədər zərərə düşdük. Digər zərərçəkmişləri tanımıram. Onlar Namədin və Rübabənin dəstələridir. Mən heç kimdən pul almamışm. Deyirlər ki, Hüseyn fala baxandır. Necə olur ki, Rübabə və Namədin adamlarından başqa heç bir şəxsin falına baxmamışam?".
Falçılıq ittihamı haqda danışan Hüseyn bunları deyib: "Deyirlər ki, evimizdən Quran və mərsiyyələr yazılan kitablar çıxıb. Mənim indi yatdığım Kürdəxanıda hər kamerada Quran kitabı var. İndi ordakılar da falçıdır? Mən mərsiyyələr olan kitabı almışam. Bu kitab satışdadır. Mən kitab yazmamışam ki... Evimizdən 3 qıfıl tapıblar. Mənim evimin həyətində 3 toyuq hini var. Həmin qızılları götürüb qoyublar cinayət işinə. Evimizdən dini sözlər yazılmış dualar çıxıb. Onu da bibim nəvəsi üçün yazdırmışdı".
Məhkəmə iclasında yenə də gərginlik yaşanıb. Həbs edilən ana və oğlu ilə zərərçəkmişlər Rübabə Ağayeva və Qızxanım Əliyeva arasında mübahisə yaranıb. Tərəflər bir-birlərini yalan danışmaqda ittiham edərək təhqir ediblər.
Hüseyn ifadəsinə əlavə edib ki, Rübabə Ağayeva və Qızxanım Əliyeva onun anası ilə şəklini sosial şəbəkələrdə paylaşıblar: "Bizi falçı kimi təqdim edirdilər. Guya ceyran göbəyi ilə fala baxırmışıq. Guya məşhur falçılar imişik".
Məhkəmə araşdırması davam etdirilir.
Bu işdəki 14 zərərçəkənə ümumilikdə təxminən 600 min manat ziyan dəydiyi bildirilir. İttihamda yazılıb ki, təkcə Rübabə Ağayeva cadu çıxarmaq, mal-mülkü cadudan təmizləməkdən ötrü 216 min 850 manatlıq pul, qızıl-zinət əşyaları verib. Pulların bir hissəsi xarici valyutada olub: 57 min dollar, 15 min funt-sterlinq. Qızılların çəkisi isə təxminən 600 qram olub.
R.Ağayevanın həyat yoldaşı L.İbrahimova və H.Əlizadədən polisə şikayət edib. Həyat yoldaşı "Azinko" şirkətinin Audit Departamentinin rəhbəridir.
Məlumata görə, "Cindar Hüseyn"in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.
İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə İbrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyiblər.
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi
Rusiya olmayan “Rusiya”: Qərb mediasının geosiyasi dili
İLHAM ƏLİYEV və XANIMI ALMANİYADA - FOTOLAR
Sabiq icra başçısının həbs müddəti 5 ay uzadılıb
Rəsmi Tehran: "Əgər danışıqlar real və..." - "Hər hansı bir avantürizmə qətiyyətlə cavab verəcəyik"
Ançelottini müqaviləsi uzadılır
MEDİADA GEDƏN XƏBƏRLƏRİN SİLİNMƏSİ: hansı hallarda icra edilə bilər?
"Beşiktaş" "Başakşehir" matçına hazırlaşır
Türkiyədə mərc oyunları ilə bağlı qayda dəyişib
Yeni vergi güzəştləri tətbiq ediləcək - Dəyişiklik
ABŞ–Azərbaycan münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq, TRIPP və geosiyasi yenidənqurma...
Güclü küləkli əsəcək - Sarı və narıncı xəbərdarlıq verilib
Bakı, Sumqayıt və Abşeronda pensiyalar artımla ödənilib
Minimum əməkhaqqı ilə bağlı qərar verildi
Sabah hava necə olacaq? - Proqnoz
Bakı Moskvanın orbitindən çıxır: postsovet məkanının sonu? - TƏHLİL
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
Nizami rayonunda 10 il əvvəl evləri sökülən sakinlər küçədə qalıb - "Nə yeni ev verirlər, nə də..."
Türkiyədə sosial mediada fahişləliyə çağırış edənlər qandallandı - Ev, maşınlar və iki şirkətə "əl qoyuldu"
Milli Məclisin iclası başlayıb
Trampın İsrail prezidentinə sərt mesajı cavabsız qalmadı - Hersoq "Bura hüquqi dövlətdir" dedi
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - SİYAHI
Şəhid oğlu direktor təyin edildi