22-07-2019 [00:13]
Qoç - ədalət və haqların təminatı ilə bağlı problemlər ön plana keçəcək. İddialarınızla bağlı məqamları həll edin. Qohumlar, dostlar arasında mübahisələr olacaq.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında müzakirə zamanı hədsiz emosionallıq əlaqələrin kəsilməsinə səbəb olmamalıdır. Aqressiv, kobud olmayın.
Önəmli saydığınız məqamı danışıqlar yolu ilə çözə bilmirsinizsə, müzakirələri dayandırın. Məşğul olduğunuz işin təfərrüatlarına fikir verin, detalları nəzərdən qaçırmayın.
Buğa - böyük həcmli işlərə hazır olun. Günün ilk yarısından etibarən, çox yəqin ki, bir məsələnin həlli ilə məşğul olmaq gərəkdir. İkinci dərəcəli işləri təxirə salın. Yollarda xüsusilə diqqətli olun.
Günün ikinci yarısında qəza vəziyyəti yaratmayın. Çalışdığınız sahədə qərarları təcili, təxirəsalınmaz şəkildə verin.
Ailə üzvlərindən birinin problemi var. Həmin problemin çözülməsi çox vaxt apara bilər. Laqeyd olmayın.
Əkizlər - günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir.
Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində yaradıcı olun.
Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.
Xərçəng - mürəkkəb, qarışıq gündür. İntellektual yük fiziki işlərlə müşayiət olunacaq. Ciddi emosional sarsıntı istisna deyil. Diskomfort vəziyyətdə ruhdan düşməyin.
Günün ikinci yarısında maliyyə vəsaitinizin qədrini bilin. Biznes, karyera ilə bağlı önəmli qərarları verəndə tələsməyin. Alış-verişdə bədxərclik etməyin.
Məişət zəminində qarşıdurmaya, münaqişəyə ehtiyac yoxdur. Təmkinli davranın.
Şir - günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var.
Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.
Qız - yaxın gələcəkdəki perspektik işlərin bünövrəsini bu gün qoymaq gərəkdir. Keçdiyiniz yola nəzər salın, səhvlərin təkrarlanmaması üçün zəruri addımlar atın. Ənənəvi məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar.
Günün ikinci yarısında maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə, dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq.
Yaxınlarınız sizə dəstək verəcəklər. Depressiyaya qapılmayın, ruhdan düşməyin.
Tərəzi - resurslarınızı olduğundan artıq qiymətləndirməyin. Can atdığınız məqsədə maksimal sürətlə irəliləmək üçün gərəkli variantlardan praqmatikcəsinə yararlanın. Əsas diqqəti aktual işlərin görülməsinə yönəldin. Bu işlərin nəticəsi prosesə təsir edir.
Günün ikinci yarısında eyni vaxtda bir neçə iş görməyin. Belədə diqqətsizlik və ehtiyatsızlıq ucbatından yanıla bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə ayırın. Səmimi, qayğıkeş olun.
Əqrəb - yaxşı, rəvan, asudə gündür. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Cari işlərin, rutin proseslərin ciddi müdaxiləyə ehtiyacı yoxdur.
Günün ikinci yarısında təşəbbüslərinizi yaxın ətrafınızdakı insanlar sizi anlamayacaqlar. Əməyiniz yetərincə dəyərləndirilməyəcək. Dəyər verdiyiniz insanla əlaqələri sərinlətməyin.
Kiçik anlaşılmazlıqlar böyük mübahisələrə səbəb olmamalıdır.
Oxatan - səhər saatlarından etibatən tərəfdaşınızla problemlər yaratmayın. Həmkarlarla, şəriklərlə rəvan, normal münasibətlər qurun. Mübahisələri və fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışın.
Günün ikinci yarısında əvvəlki anlaşmalar və müqavilələrin pozulması istisna deyil. Nə isə deməzdən əvvəl yaxşı fikirləşin. Düşünüb-daşınmadan qəti qərar verməyin. Bəzi məsələlərin həllini ertələyin.
Axşam saatlarında diqqətli olun.
Oğlaq - çalışdığınız sahədə problemlər yaradacaq. Dəyər verdiyiniz insanlardan biri ilə fikir ayrılığı, mübahisə istisna deyil. Təmkinli, soyuqqanlı olun. Emosiyaların köləsinə çevrilməyin.
Günün ikinci yarısında, onsuz da, çətin vəziyyəti daha da ağırlaşdırmayın. Stress və gərginlikdən qurtulmaq üçün diqqətinizi işə yönəldin. Müzakirə olunan məsələlərdə ortaq məxrəcin əldə olunması üçün müəyyən güzəştlərə ehtiyac var.
Axşam saatlarında evdəki vəziyyət normallaşacaq.
Dolça - kiçik, amma cansıxıcı işlər az olmayacaq. Məişət qayğılarının sayı çoxdur. Qüvvə və potensialınızı yanlış dəyənləndirməyin ki, sonradan səhvlərin nəticələrini aradan qaldırmaq zərurəti ilə üzləşməyəsiniz.
Günün ikinci yarısında resurs qıtlığı, yorğunluq yeni işə başlamağa mane ola bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə maneələr yaratmağa çalışır. Beləsinin cəhdlərini dezavuasiya edin.
Təcrübəsiz, amma lovğa və təkkəbbürlü insanların "məsləhət"lərinə inanmayın. Yaltaqlardan uzaq durun.
Balıqlar - günün ilk yarısından etibarən proseslər gərgin və qarışıq olacaq. Çətinlikləri ənənəvi, adət etdiyiniz vasitələrlə həll etmək asan deyil. Bəzi mühüm məsələləri təxirə salmadan, dərhal çözmək gərəkdir. Maneələri dəf etmək üçün çox vaxt yoxdur.
Günün ikinci yarısında avadanlıq və texnikada problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanların sərt iradlarına, tənqidlərinə aqressiv reaksiya verməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb