21-07-2019 [00:06]
Qoç - günün ilk yarısından etibarən dəqiq fəaliyyət planınızını tərtib edin. İş qrafikinizi pozmayın. Vəzifə səlahiyyətlərinin icrasına başdansovdu, laqeyd yanaşmayın. Dərman preparatları qəbul etməlisinizsə, bunu unutmayın.
Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurun. Tərəfdaş və şəriklər qarşısındakı öhdəliklərlə vədlərinizi unutmayın. Axşam saatları yaxınlarınızdan biri ilə ciddi söhbət üçün əlverişlidir.
Stressdən qurtulmağa çalışın.
Buğa - problemlərin həllinə yaradıcı yanaşın. İctmai işlərdə fayda var. Uzun müddətdən bəri başa vurmağa çalışdığınız iş bəhrəsini verəcək.
Günün ikinci yarısında situasiya kəskin dəyişəcək. Problemlərin sayı arta bilər. Diqqətli və sayıq olun. Zərurət yaranarsa, planlara sürətlə, təcili dəyişikliklər edin.
Axşam saatlarında məişət qayğıları və problemlər vaxtınızı alacaq. Yaxınlarınızın əsəbləri ilə oynamayın.
Əkizlər - qayğıların və problemlərin sayının sürətlə artacağı gündür. Səhər saatlarından etibarən diqqətli olun. Qüvvə və resurslarınızı boş, mənasız işlərə sərf etməyin. Əvvəlcədən planlaşdırılmış sürətlə, bəlirlənmiş istiqamətdə hərəkət edin.
Günün ikinci yarısında iradə və qətiyyət bəhrəsini verəcək. İşdə rəhbərlik təşəbbüslərinizi dəyərləndirəcək. Sevdiyiniz, can atdığınız işlə axşam saatlarında məşğul ola bilərsiniz. Ailə üzvləri ilə birlikdə dincəlin.
Xərçəng - həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq fəsadlıdır. İşgüzar görüş, danışıqlar, müzakirələr üçün günün ilk yarısı məsləhətli zamandır
Alış-verişdə bədxərclik etməyin.
Günün ikinci yarısında ailə üzvləri, qohumlarla qayğıkeş, diqqətli olun. Onlardan uzaq durmayın. Axşam saatlarını birlikdə keçirin.
Şir - peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı ən ağır problemləri həll edə bilərsiniz. Yalnız irəliyə baxın, rəqibləri geridə qoyun. Mürəkkəb, xoşagəlməz, amma həllini təcili tələb edən məsələləri dərhal çözün.
Günün ikinci yarısında ağır işin öhdəsindən birgə fəaliyyətlə gələ bilərsiniz. Aramla çalışın, qüvvənizə və potensialınıza qənaət edin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.
İradəli, qətiyyətli olun. Əsla geri çəkilməyin.
Qız - izafi zərurət yaranmasa, planlarınızda köklü dəyişikliklər etməyə can atmayın. İşlərinizi nizamlayın, yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətə can atın.
Günün ikinci yarısında vurnuxmalar sizi qarşınıza qoyduğunuz məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy edin.
Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.
Axşam saatlarında stressdən qurtulmağa çalışın.
Tərəzi - günün ilk yarısında peşəkar fəaliyyətinizdə aktiv olun. Qarşınıza qoyduğunuz məqsədə doğru aktiv hərəkət edin. Kiçik problemlərə və maneələrə fikir verməyin. Enerjili davranın, yaxın ətrafınızdakı insanları arxanızca aparın.
Günün ikinci yarısında xidməti öhdəliklərin və tapşırıqların öhdəsindən gəlin. Səhhətinizə fikir verin. İdmanla məşğul olun.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Oxatan - çoxdan bəri yığılıb qalmış iddialar və tələblər bu gün aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi qoruyaraq səmimi və gülərüz qalmaq çətindir.
İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.
Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal reaksiya verərək düşünülməmiş addımlar atmayın.
Yeniliklər yeni imkanlar yaradır.
Oğlaq - perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin. Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.
Axşam saatlarını özünüzə həsr edin.
Dolça - tələskənliyə qapılmayın. Kəmhövsələlik, səbirsizlik ağır fəsadlı yanlışlıqlarla bitə bilər. Seçdiyiniz yoldan sapmayın. Qarşınıza qoyduğunuz məqsədə tez çatmaq istəsəniz də, hadisələri tələsdirməyin. Hər şey öz axarında olmalıdır.
Günün ikini yarısında sınaqlardan üzüağ çıxmağa can atın. Tərəfdaş və şəriklərin təkliflərini praqmatikcəsinə dəyərləndirin.
Axşam saatlarında gəzintiyə çıxın.
Balıqlar - təcrübəli həmkar və tərəfdaşların mövqelərini nəzərə alın. Yaşlı insanların məsləhətlərini qulaqardına vurmayın. Məşğul olduğunuhz məsələ ilə bağlı sizdən daha çox informasiyaya malik şəxsləri səbrlə dinləyin.
Günün ikinci yarısında qarşı tərəfin fikri sizin mövqelərinizdən köklü şəkildə fərqlənsə də, səbrli və soyuqqanlı olun. Sayğılı davranın. Maliyyə, hüquqi, əmlak məsələlərinin qaydaya salınması üçün yaxşı zamandır.
Yaxınlarınızla danışanda ifrat tənqidə varmayın, kobud sözlər söyləməyin.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb