XİN əməkdaşlarının şikayəti təmin edilmədi

img

15-07-2019 [11:10]


Bakı Apelyasiya Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Habil Məmmədovun sədrlik etdiyi kollegiyanın qərarı ilə apelyasiya şikayəti təmin edilməyib və onların barəsindəki hökm qüvvədə saxlanılıb. 

Qeyd edək ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə E.Xəlilli 1 il 2 ay, A.Quliyev isə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onların cəzaları həbs edildiyi gündən hesablanıb və məhkəmə zalından azadlığa buraxılıb.

Onlar Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirli bilniblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA