Polis İsmayıllıda əməliyyat keçirdi - Tutulan var

img

15-07-2019 [10:14]


İsmayıllı rayonunda meşədə narkotik becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalıncaq kənd sakini, 58 yaşlı Şahin Seyidov saxlanılıb.

Ətrafında aparılan araşdırma zamanı Ş.Seyidovun Qalıncaq kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi 750 ədəd çətənə bitkisi və 4kq 680 qr qurudulmamış marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 14.02.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA