Futbolçunun anası oğurlandıqdan bir həftə son sərbəst buraxılıb

img

05-03-2019 [19:13]


Nigeriya yığmasının və Fransanın "Bordo" klubunun futbolçusu Samuel Kalunun oğurlanan anası cinayətkarlar tərəfindən sərbəst buraxılıb.

"Report" "L’Equipe"ə istinadən xəbər verir ki, polis qadının ötən gecə sərbəst buraxıldıqdan sonra evə getdiyini bildirib. 

Həmçinin hüquq-mühafizə orqanları oğruların qadın üçün tələb etdikləri məbləği alıb-almadıqlarını araşdırmalıdırlar.

Qeyd edək ki, Samuel Kalunun anası fevralın 27-də oğurlanıb. Qadını oğurlayan şəxslər əvvəl 8,3 min dollar pul istəsələr də, sonuncu tələbləri 41 min dollar olub. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA