Nazirlər tennis oynadı - Foto

img

04-03-2019 [14:54]


Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev və komitənin vitse-prezidenti, millət vəkili Fazil Mustafa Bakı İdman Sarayında martın 14-22-də Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi) keçiriləcək Ümumdünya Xüsusi Yay Oyunlarına hazırlaşan atletlərimizlə görüşüblər.

Əvvəlcə atletlərimizin təlim-məşq prosesinə və sağlamlıq imkanları məhdud uşaqların hazırladıqları musiqili kompozisiyaya baxış olub. Nazirlər S.Babayev və A.Rəhimov müxtəlif yarışlarda uğurlu nəticələr göstərmiş gənc atlet Həbib Tağıyevlə tennis oynayıb, idmançılarla söhbət edib, KİV-ə müsahibə veriblər.

Nazirlər tennis oynadı - Foto

Nazirlər tennis oynadı - Foto



Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA