02-03-2019 [21:57]
Xalq Artisti Flora Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə münasibət bildirib və özünün də mədəniyyət sahəsində bir sıra iradlarının, arzularının olduğunu qeyd edib. Xalq artisti incəsənətin, mədəniyyətin problemlərinin həmin tədbirdə səsləndirilmədiyindən gileylənib:
"Bilirsiz, bu elə bir məkan idi ki, bu məkanda insanları xahiş etməyə yığmamışdılar. Buraya sənət adamlarını onların və incəsənətin, mədəniyyətin problemlərini söyləmələri üçün yığmışdılar. Ancaq mən bu sahədə gözlədiklərimi eşitmədim. Ümumi xahişlər oldu amma onu da ehtiyat edə-edə soruşdular. Sizi oraya çağırdılar ki, ürəyinizi açasınız, ağrılarınızı deyəsiniz.Sizi ora, üzr istəyirəm, yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar.
Orada deyilməli çox söz var idi və eşitməyə hazır idilər. Ancaq təəssüflər olsun ki, bu qorxu hər sahədə bizim millətimizin canından çıxmır ki, çıxmır. Millət qəhrəman görmək istəyir, amma sözdə yox, əməldə. Əməl orada idi. Deyəydiniz. Bunu gözləyirdilər. Bunu eləmədiz. Deyənlər də qorxa-qorxa deyirdilər, niyə? Kim sizi vadar edir qorxmağa? Getmisinizsə deməli sözünüzü deməlisiniz. Bax bəlkə də ona görə məni çağırmadılar. Abu-havanın pozulmağını istəmədilər bəlkə də.
Üzeyir Hacıbəyov Şövkət Məmmədovanı İtaliyaya göndərəndə deyirdi ki, get oxumağı, mədəniyyəti, davranışı, sadəliyi öyrən, gəl burada millətinə nümunə ol. İndi nə oldu bəs? Kim haranı istədi açdı, kim nə istədi dedi və düşdük bu günə. Bununla da sənətimiz yuvarlandı-yuvarlandı gəldi düşdü bu hala. Bir erməni mahnımızı oxuyanda haray-həşir də salmağa artıq bizim dilimiz də yoxdur. Söz deməyə də dilimiz yoxdur. Çünki, bu qorxu oturub içimizdə. Budur məni yandıran.
Mən oraya getsəydim belə dəyişən heç nə olmayacaqdı, əksinə sabah da məni qadağan edəcəkdilər ki, bəsdir Flora, çox danışdın. Bu qadağaya, qorxuya ehtiyac varmı? Düz sözümə görə məni ekrandan uzaqlaşdırmağa lüzum varmı? Heydər Əliyev eşidirdi ki, məni ekrandan çıxardırlar, deyirdi olmaz, qaytarırdı.
Axı bu ümumi siyasət deyil, bu musiqi siyasətidi. Heç olmasa burada özünüzə kişilik tapın, qorxmadan sözünüzü deyin. Onu da eləmədilər.
Mənim xoşum gəlmir inanmadığım bir insan "vətən” deyəndə. O saat düşünürəm ki, nəyisə çatmır. Olmazmı sən bu vətəni vətən üçün sevəsən? Olmazmı bu vətəni musiqisi, keçmişi, ağrısı, qanaxan yaraları üçün sevəsən? Gərək cibin üçün sevəsən bu yazıq vətəni?
Yalan deyənin axırı olmur. Qazancı da, yalanlarla qazandıqları da burnundan tökülür. Çünki millət nifrətlə cavab verir o insanlara. Elə tərifləməlisən ki, sənə inansınlar. Deyirəm Zeynəb, sənin nəyin çatmırdı, ya o birilər?! Çoxlarını tanıyıram oradakı insanların”.
Yeniavaz.com
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb