AFFA İntizam Komitəsi toplandı - Klublar cəzalandırıldı

img

26-02-2019 [13:43]


"Sabah" klubunun futbolçusu Erik Ramos 1 oyunluq cəzalandırılıb. 

Mia.az bildirir ki, AFFA İntizam Komitəsinin qərarında səbəb paraqvaylı yarımmüdafiəçinin evdə "Qarabağ"la keçirdikləri Azərbaycan Premyer Liqasının XVIII tur matçında ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması göstərilib. 

Ramos növbəti turda keçmiş komandası "Neftçi"yə qarşı forma geyinməyəcək. Klub isə 200 manat ziyana düşüb. "Sabah"a daha 800 manat cərimə elə həmin qarşılaşmada 6 futbolçusunun sarı vərəqə alması səbəbindən kəsilib. 

Eyni məbləğdə cəriməyə "Səbail" klubu "Neftçi" ilə səfər qarşılaşmasında 6 futbolçusunun sarı vərəqə alması səbəbindən məruz qalıb. 

Qeyd edək ki, "Sabah" "Qarabağ"la 1:1 hesablı heç-heçə edib, "Səbail" isə "Neftçi"yə qalib gəlib - 2:1. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA