AFFA-nın baş katibi: "Bizim məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdır"

img

25-02-2019 [22:45]


 "Etiraf etməliyik ki, bu qərar bir az gec oldu. Milli komandaya baş məşqçi təyinatı yanvar ayında baş tutsaydı, daha yaxşı olardı. Yığma təlim-məşq toplanışı keçirə bilərdi".

Bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov "CBC Sport" telekanalında canlı yayımlanan "Təkbətək" verilişində deyib.

O, komandanın baş məşqçisi Nikola Yurçeviçi danışıqlar üçün həftə içi Bakıya dəvət etdiklərini, ancaq xorvatiyalı mütəxəssisin həftəsonu oyunları izləməyə görə 5-ci gün gəlmək istədiyini bildirib: "Özü İcraiyyə Komitəsinin iclasında çıxış etdi. Sonra isə müfaviq qərar qəbul olundu".

Baş katib Nikola Yurçeviçin təyinatdan sonra Xorvatiyaya qayıtdığını və yenidən həyat yoldaşı ilə birlikdə Bakıda olduğunu vurğulayıb.

Baş məşqçinin təqdimat mərasimində iştirak etməyən Elxan Məmmədov bunun səbəbini açıqlayıb: "İcraiyyə Komitəsinin qərarından sonra növbəti gün Nikola Yurçeviçin təqdimatı oldu. Mənim və ya AFFA rəhbərliyinin tədbirdə iştirakı o deməkdir ki, artıq bütün suallar milli komanda ilə bağlı deyil, digər məsələlərə aid olacaq. Biz mütəmadi olaraq bu sualları cavablandırırıq. Ona görə istədik ki, bütün diqqət baş məşqçidə olsun". 

Baş katib Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki məqsədindən də söz açıb: "Çətindir. Amma bizim məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdır". 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA