"Səbail"lə "Neftçi"nin baş məşqçiləri arasında insident - Köməkçilər araya girdi

img

24-02-2019 [18:45]


"Neftçi" və "Səbail" arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra iki komandanın baş məşqçiləri arasında insident baş verib.

Mia.az "Report"a istinadən bildirir ki, flaqmanın baş məşqçisi Roberto Bordin gənc həmkarı Aftandil Hacıyevə sərt formada etirazını bildirib.

Hacıyev isə buna eyni qaydada cavab verib. İnsidentin böyüməsinə köməkçi məşqçilər imkan verməyiblər.

Bordin Hacıyevlə münaqişənin səbəbini belə izah edib: "Oyunun gedişində futbolçumuza etirazını bildirirdi. Bu isə məncə, düzgün deyil".

Qeyd edək ki, görüş "Neftçi"nin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA