AVRO-2021: Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib - SİYAHI

img

21-02-2019 [17:19]


 Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının AVRO-2021-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

"Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında baş tutan püşkatma mərasimində 5-ci səbətdə yer alan yığma D qrupuna düşüb. Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv İspaniya, Çexiya, Polşa və Moldovaya rəqib olub.

Püşkatmada iştirak edən 48 yığma 9 qrupa bölünüb: 

A qrupu: Hollandiya, Rusiya, Sloveniya, Türkiyə, Kosovo, Estoniya

B qrupu: İtaliya, Danimarka, Bosniya və Herseqovina, İsrail, Malta, Gürcüstan

C qrupu: Norveç, Uels, Belarus, Şimali İrlandiya, Farer adaları

D qrupu: İspaniya, Çexiya, Polşa, Moldova, AZƏRBAYCAN

E qrupu: Şotlandiya, Finlandiya, Portuqaliya, Albaniya, Kipr

F qrupu: İsveç, İslandiya, Macarıstan, Slovakiya, Latviya

G qrupu: Fransa, Avstriya, Serbiya, Qazaxıstan, Macarıstan

H qrupu: İsveçrə, Belçika, Rumıniya, Xorvatiya, Litva

I qrupu: Almaniya, Ukrayna, İrlandiya, Yunanıstan, Monteneqro

Azərbaycan millisi 2009-cu ildən sonra ilk dəfə seçmə mərhələdə qüvvəsini sınayacaq. Eyni zamanda Kosovo da tarixində ilk dəfə püşkatmada yer alıb.

Qeyd edək ki, qrup qalibləri və 2-ci yeri tutan ən yaxşı nəticəyə malik 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. Digər 6 qrupun 2-ciləri isə 2021-ci ildə İngiltərədə təşkil olunacaq final mərhələsinə yüksəlmək üçün pley-off oynayacaqlar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA