İlqar Rəhimov Qarabağ Qazilərini Avropa Çempionatına göndərmədi - QALMAQAL + FOTO

img

21-02-2019 [10:50]


Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov paralimpiyaçılardan ibarət voldeybol komandasını Beynəlxalq yarışa göndərməyib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Xorvatiyanın Poreç şəhərində Oturaq Voleybol üzrə lisenziya xarakterli yarışa start verilib. Yarışda Avropa Çempionatında iştirak üçün lisenziya uğrunda 7 komanda arasında mübarizə aparılacaq. 10 illik təcrübəyə malik Azərbaycan Milli Komandasının da iştirakı nəzərdə tutulub.

Lakin sonradan AMPK-ın prezidenti İlqar Rəhimov paralimpiyaçılarıa heç bir səbəb göstərmədən yarışa göndərməkdən imtina edib. İlqar Rəhimov 2017-ci ildə də paralimpiyaçılardan ibarət voldeybol üzrə milli komandanı Avropa çempionatına göndərməyib. Komandanın iştirak etməməsinə görə komandamız 5000 avro cərimə edilib. 2018-ci ildə də AMPK rəhbərliyi Koreyada keçirilən Dünya çempionatına da idmançıları göndərməkdən imtina edib.

Qeyd edək ki, paralimpiyaçılardan ibarət Voldeybol üzrə Milli Komandanın 12 üzvündən 9-u Qarabağ qazisidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA