Avrasiya İttifaqına üzv ölkələrin futbolçuları Rusiyada legioner sayılmaya bilər

img

20-02-2019 [19:16]


 Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin futbolçuları Rusiya Premyer Liqasında (RPL) legioner sayılmaya bilər.

Bu barədə RPL-in prezidenti Sergey Pryadkin bildirib. 

Avrasiya İqtisadi İttifaqına Rusiya ilə yanaşı, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan üzvdür.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın idman naziri Pavel Kolobkov növbəti mövsümdən Belarus futbolçularının Rusiyada legioner sayılmayacaqlarını açıqlayıb. Hazırda bu ölkənin idmançıları Kontinental Hokkey Liqasında əcnəbi statusu daşımırlar/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA