İdmançılarımız federasiya rəhbərini belə boykot etdi - Video

img

14-01-2019 [14:21]


Basketbol üzrə Azərbaycan çempionatında qalmaqallı hadisə baş verib. Belə ki, 2 gün öncə çempionat çərçivəsində keçirilən oyun baş tutmayıb. Buna səbəb isə basketbolçuların federasiya rəhbərliyinin istefasını tələb etməsidir. "80-lər” və ADNSU komandaları hakimin fitindən sonra arenanı tərk ediblər.

Bu barədə məlumatı "Qafqazinfo”ya basketbol millimizin üzvlərindən biri verib.

O bildirib ki, Azərbaycan Basketbol Federasiyasının rəhbəri Nəsib Nəsibov postundan getməyənə qədər buna davam edəcəklər.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu gün federasiya rəhbərliyi basketbolçularla görüşüb. Nəsib Nəsibov problemləri həll etmək üçün idmançılarla razılıq əldə etmək istəyir. İclas hazırda davam edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA