"Qəbələ" "Sumqayıt"ı məğlub etdi - Azərbaycan Premyer Liqası

img

03-02-2019 [16:39]


 Azərbaycan Premyer Liqasında XV turun daha bir görüşü keçirilib.

"Report"un məlumatına görə, turun ikinci oyun gününün ilk matçında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. 

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə yeganə qolu 84-cü dəqiqədə Stiven Jozef-Monroz vurub.

Fasilədən sonra "qırmızı-qaralar" tədricən təşəbbüsü ələ alıblar. Hissənin ortalarında təhlükəli kombinasiyadan sonra Ceyms Adeniyinin zərbəsi qapı tirinə tuş gəlib. "Qəbələ" növbəti təhlükəli vəziyyətində isə hesabı açıb. Jozef-Monroz uzaqdan zərbə ilə hesabı açıb. Bundan sonra kapitan Cavid Hüseynovun da hesabı artırmaq üçün imkanı olub. Lakin o, komanda yoldaşına ötürmə vermək əvəzinə qapıya uğursuz zərbə endirib.

"Qəbələ bu qələbə sayəsində xallarını 20-yə çatdıraraq, xal sayında 4-cü pilləyəki "Sabah"la bərabərləşib. 17 xala malik "Sumqayıt" isə 6-cı pillədə qalıb və "qırmızı-qaralar"dan 5 xal geri düşüb.

Tura saat 18:30-da başlanacaq "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, ilk oyun günündə səfərdə "Sabah" "Zirə"yə 2:0, "Səbail" "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:20 16.02.2026

Onlar imtahan verəcək

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA