“Neftçi”nin yeni baş məşqçisi azarkeşlərə müraciət edib - VİDEO

img

08-06-2018 [13:59]


"Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin komandanın azarkeşlərinə müraciət edib.

"Report” klub televiziyasına istinadən xəbər verir ki, 53 yaşlı italiyalı mütəxəssis tərəfdarların dəstəyi ilə böyük uğurlara imza atacaqlarını bildirib: "Salam, əziz "Neftçi" azarkeşləri! Mən komandanın yeni baş məşqçisi Roberto Bordinəm. Əminəm ki, sizin dəstəyinizlə böyük uğurlara imza atacağıq. Forza Neftçi"!

Qeyd edək ki, bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Roberto Bordinlə klub rəhbərliyi arasında rəsmi müqavilənin imzalanma mərasimi və bununla bağlı mətbuat konfransı keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA