Zidan “Real”dan getdi - Şok qərar

img

31-05-2018 [15:29]


Zinəddin Zidan Madrid "Real”ının baş məşqçi postundan istefa verib.

Onun istefası rəsmən saat 15:00-da baş tutacaq mətbuat konfransında açıqlanacaq.

Zidan mayın 26-da "Real"la üçüncü dəfə ardıcıl olaraq UEFA Çempionlar Liqasının qalibi olub. Bununla da tarix yazan çalışdırıcı dünyada ÇL kubokunu ardıcıl qazanan ilk məşqçidir.

Qeyd edək ki, fransalı mütəxəssis 2016-cı ildən "Real"ın baş məşqçisi postunda çalışır

***

Artıq mətbuat konfransı başlayıb. Zidan Madrid klubundan ayrıldığını özü rəsmən açıqlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA