Ramil Usubov idmançı xanıma mükafat verdi

img

31-05-2018 [10:45]


Daxili işlər naziri Ramil Usubov Sidney Olimpiadasının qızıl, Afina Olimpiadasının bürünc mükafatçısı, azərbaycanlı stend atıcı, eyni zamanda DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahəddinovanı ad günü münasibətilə təbrik edib.

Mia.az xəbər verir ki, nazir Z.Meftahəddinova ilə görüşdə Azərbaycan bayrağını mötəbər beynəlxalq arenalarda dalğalandıran dünya şöhrətli idmançının həm də daxili işlər orqanlarında idmanın inkişafında və təbliğində xüsusi rolu olduğunu vurğulayıb. Nazir xanım idmançını DİN-in "Fəxri fərman”I ilə təltif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA