Şahin Diniyevin oğluna cəza kəsdilər - Dava etdiyi üçün

img

04-04-2018 [15:01]


AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasının son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Topaz Premyer Liqasının 21-ci turunun "Qarabağ” - "Keşlə” matçının 60-cı dəqiqəsində "Qarabağ”ın futbolçusu Coşqun Diniyev və "Keşlə”nin futbolçusu Meza Kolli Sezar aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 2400 manat cərimə olunur.

Futbolçulara verilmiş 3 oyunluq cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA