07-03-2018 [23:30]
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinini saxlayıb.
Mia.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 27 fevral 2018-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Masallı şəhər sakini Seyfəddin Hüseynov istifadəsindəki "Land Rover Discovery” markalı avtomobillə Masallı rayonu Mollaoba kəndində olarkən, orada onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatlı olan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan zaman o, polis əməkdaşının yaxınlaşdığını görərək onların qanuni tələbinə məhəl qoymayıb.
S.Hüseynov avtomobilini hərəkətə gətirib və polis əməkdaşlarının üzərinə sürüb. O, Masallı RPŞ-nin balansında olan "Chevrolet Niva” markalı avtomobili əzərək ətrafdakı insanların, polis əməkdaşlarının həyat və sağlamlıqları üçün təhlükə yaradıb. Daha sonra Boradigah qəsəbə sakini Natiq Bəşirova məxsus "Mercedes Benz” markalı avtomobili və rayonun Dəmirçi kənd sakini Rüstəm Məmmədovun istifadəsində olan "VAZ 2107” markalı avtomobili əzərək onlara maddi ziyan vuraraq oradan uzaqlaşıb.
Seyfəddin Hüseynovun idarə etdiyi avtomobil 2 kilometr aralıda bağlı vəziyyətdə aşkar olunub. Avtomobilə baxış keçirilərkən salonun müxtəlif yerlərindən külli miqdarda 5 bükümdə narkotik vasitə olan heroin, 1 bükümdə şəxsi istehlak miqdarında artıq metamfetamin, bir ədəd "beş barmaq” adlanan soyuq silah, beyzbol taxtası aşkar edilərək götürülüb.
İstintaqdan yayınan Seyfəddin Hüseynov barəsində axtarış elan edilib və Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq rayon prokurorluğuna təqdim edilib. Onun barəsində rayon məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktl bağlı Masallı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 315.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Kəmaləddin Heydərov Bibiheybətdə bağlanan yolda - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var
Tehranda iki ev və universitet bombalandı – Azı 13 nəfər həlak olub, xeyli yaralı var
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi