03-03-2018 [11:43]
Tovuz rayonunda baş vermiş dəhşətli hadisədən 1 həftə ötür. Fevralın 24-də səhər 9 radələrində rayon mərkəzindəki Mərdan Musayev küçəsində yerləşən, Tovuz şəhər sakini, 1945-ci il təvəllüdlü Fərman Qoca oğlu Məmmədova məxsus ümumi sahəsi 320 kv/m olan 2 mərtəbəli 7 otaqdan ibarət evin birinci mərtəbəsindəki otaqlardan birində yanğın baş verib.
Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub, çarpayı və divandan başlayan yanğın söndürülüb.
Araşdırma zamanı ev sahibi və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Pakizə Şəmşad qızı Mirzəyevanın yanaraq öldükləri məlum olub.
Sonrakı araşdırmalar isə ər-arvadın yanğından əvvəl qətlə yetirildiyini ortaya qoyub.
Məhkəmə tibbi ekspertiza zamanı mərhumların bədənləri üzərində küt alətlə yetirilən xəsarət izləri müəyyən edilib. Fərman Məmmədovun boğazında kəndirlə boğulmaya xarakterik olan stranqulasiya şarımı müəyyən olunub. Bu xəsarətlər isə onu deməyə əsas verib ki, ər-arvadın ölümünün səbəbi yanğınla əlaqəli deyil, onlar yanğından əvvəl qətlə yetiriliblər. Evdə yanğın isə qətlin ört-basdır edilməsi üçün törədilib. Meyiti yandırılan Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevinbacısıdır. O, ölümünə qədər Tovuz rayon poliklinikasında həkim işləyib.
Qətllə bağlı ehtimallardan biri budur ki, Pakizə Mirzəyevanın yaşadığı ünvanın qapısını özünü xəstə yaxını kimi təqdim edən bir şəxs döyüb. Versiyaya görə, qapını Pakizə Mirzəyevanın həyat yoldaşı Fərman Məmmədov açıb. İstintaqın qənaətinə görə, həmin vaxt evə bir neçə maskalı şəxs soxulub. Fərman Məmmədov həmin şəxslərə müqavimət göstərməyə çalışıb, lakin onu boğub öldürüblər.

Bundan sonra mənzildə olan Pakizə Mirzəyevaya hücum ediblər. Yenə də versiyalara görə, qadın onlara müqavimət göstərib, hətta "çağırılmamış qonaqlara” külqabı atdığı bildirilir.
Belə iddialar var ki, dəstə üzvləri Pakizə Mirzəyevaya əzab verməklə ondan pulların və qızılların yerini soruşublar. Qadın onlara heç nə deməyib. Maskalılar isə ona inanmayıblar. Qadına xəsarət yetirib, əl-qolunu, ayaqlarını "skoç”la bağlayıblar. Evin altını üstünə çeviriblər. Lakin axtardıqları qızıl-zinət əşyalarını tapa bilməyiblər. Belə məlumatlar da var ki, istintaqçılar hadisə baş verən evin həyətində axtarış aparan zaman bağçadan torpağa basdırılmış seyf aşkar ediblər.
İstintaqa yaxın mənbələrdən redaksiyamıza daxil olan digər bir məlumatda deyilir ki, P.Mirzəyevanın tibbi müayinəsi keçirilərkən onun dırnaqlarının altında mümkün qatilinin dərisinin nümunələri götürülüb. Bu, istintaqçılara belə nəticəyə gəlməyə əsas verib ki, qadın mümkün qatili ilə ölümündən əvvəl süpürləşib, ona müqavimət göstərib, üzünə, qoluna cırmaq atıb. Həmin vaxt qatilin dərisi qadının dırnaqlarının altına dolub. Həmin nümunələr sonrakı təhqiqatlar üçün istintaqa təqdim edilib. Ev tam yanmadığından istintaqçılar əl-barmaq izləri də götürə biliblər.
Dəstə üzvlərinin yaxınlarda müəyyən ediləcəyi gözlənilir. Bundan başqa, dəstənin hadisə yerinə nömrələri saxta olan "Range Rover” markalı maşınla gəlmələri haqda da məlumatlar var. İstintaq digər bir versiya üzərində də işləyir. Belə ehtimallar var ki, ər-arvad qisas məqsədi ilə də öldürülə bilər.
Qeyd edək ki, bu, Mirzəyevlərlə bağlı son 1 ildə baş vermiş 3-cü dəhşətli hadisədir. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev 15 gün öncə Sabirabadda yol qəzasında həlak olmuşdu. Keçmiş AFFA prezidentinin qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda Hacıqabulda "Toyota Land Cruiser”in aşması nəticəsində həlak olmuşdu.

Tovuzda qətldən dolayı dolaşan xəbərlərdə deyilir ki, Pakizə Məmmədovanın rayonda qızıl-zinət əşyaları satan şəxslərlə və valyuta alverçiləri ilə münasibətləri olub. Belə məlumatlar da var ki, P.Məmmədova qızıl-zinət əşyalarını satanlara tez-tez müraciətlər edib, ara-sıra onlara külli miqdarda borc da verib. Ehtimal edilir ki, basqınçılar da bu haqda məlumatlı olublar. Hazırda ikiqat qətl işi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb/musavat.com.
“Bakcell” ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Həkim Azər Maqsudov cəzadan azad edilib
İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü, birgə bəyanat verildi - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İran İsrail və ABŞ hədəflərinə yeni zərbələr endirib
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub - FOTO
“Araz-Naxçıvan”ın prezidenti kim olacaq? - VİDEO
Polkovnik Azər Paşayev cinayət məsuliyyətinə cəlb edilib
İcra başçısının müavini vəzifədən azad olunub
Ukrayna hərbi əsiri Azərbaycana təhvil verib - VİDEO, FOTO
"Azərişıq” ASC fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində çalışır - VİDEO
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Azərbaycanda yubiley medalı ilə təltif olunub
İran Ordusu: “Müharibə qarşı tərəf peşman olana qədər dayanmayacaq”
İran ABŞ-a məxsus daha bir MQ-9-u vurub
“Veysəloğlu” və “Avrora”nın həmtəsisçisi olduğu voleybol komandası Azərbaycan birinciliyinin qalibi oldu
Məmurlar Bibiheybətdə bağlanan yolda... - VİDEO
Muzeylər Dövlət Xidmətinin tabeliyinə verilir
Tehranda iki bina vurulub: 9 nəfər ölüb – 4-ü uşaqdır
Qida borusunda yemək qalan 64 yaşlı qadın ölüb
Sabah hava necə olacaq? - Proqnoz
Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi yaranıb - Nəqliyyatın hərəkət qismən məhdudlaşdırılıb
ABŞ və İRAN ARASINDA İKİ MƏRHƏLƏLİ SÜLH PLANI HAZIRLANIB: atəşkəs, saziş və şərtlər…
Diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır
Azərbaycanlı nazir Londonda 4.6 milyon funt sterlinqə mənzil alıb - Jurnalist elə fakt açıqladı ki...
İLHAM ƏLİYEV GÜRCÜSTANDA - FOTOLAR (YENİLƏNİR)
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
“Yol hərəkəti haqqında” Qanun dəyişir
Sel Siyəzəndə körpünü apardı - FOTO
İsrail ordusu Livana zərbə endirib – 7 nəfər ölüb, yaralılar var
Ayağının altında torpaq sürüşdü, selə qapıldı - Qusarda toya hazırlaşan gənci sel apardı (VİDEO)
Mirça Luçesku komaya düşüb: "Vəziyyəti kritikdir"
Bu rayonlarda qar yağıb - SİYAHI
Yağış davam edəcək - Xəbərdarlıq
İran dini lideri əməliyyat otağında üzə çıxdı: şok videonun açıq siqnalı və... - İsrailin nüvə obyekti niyə nəhəng ekranda görüntüləndi? (VİDEO)
"İnter" - "Roma" oyunu: qapılara 7 qol vurulub
İran İsrailə raket atıb - Ölənlər var
Eldar Əzizov Keşlədə su basmış ərazidə - VİDEO
İranın Qum şəhərində bina raketlə vurulub – Ölənvə yaralananlar var