Nazir federasiya prezidenti oldu

img

27-02-2018 [19:51]


Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması ilə əlaqədar təsis iclası keçirilib.

Toplantıya sədrlik edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov federasiyanın Ali Məclis sədri Vasif Talıbovun tapşırığı ilə yaradıldığını bildirib.

O, qurumun idmanın bu növü üzrə fəaliyyətinin daha mütəşəkkil xarakter alması və bu sahədə kütləviliyin artırılması baxımından əhəmiyyətindən danışıb və kikboksinqin muxtar respublikada gələcək inkişafı ilə bağlı görüləcək tədbirlərdən bəhs edib.

İclas Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yaradılması barədə qəbul edilmiş qərar layihəsinin oxunuşu ilə başa çatıb. Federasiyanın sədri vəzifəsinə elə Azad Cabbarov seçilib.




Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA