Pxençxan-2018: Daha bir rusiyalı idmançıda dopinq tapıldı

img

23-02-2018 [15:44]


Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha bir dopinq qalmaqalı yaranıb.

Rusiyalı bobsleyçi Nadejda Sergeyeva antidopinq qaydalarını pozmaqda şübhəli bilinir.

Anastasiya Koçerjova ilə cütlükdə çıxış edən Nadejda yarışda 12-ci yeri tutub. Qadağan olunan preparatın idmançının orqanizminə burun damcısı vasitəsilə düşdüyü ehtimal edilir.

Qeyd edək ki, bunadək rusiyalı kerlinqçi Aleksandr Kruşelnitski və sloveniyalı hokkeyçi Jiqa Eqliçin də orqanizmində dopinq aşkarlanmışdı/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA