Azərbaycan Premyer Liqası və ölkə kubokunun təqvimində dəyişikliklər oldu - Səbəb

img

20-02-2018 [13:45]


 Peşəkar Futbol Liqası 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişiklik edib

Məlumata görə, bu, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədardır. 

Premyer Liqa və Azərbaycan Kubokunun təqvimində aşağıdakı dəyişikliklər gerçəkləşib:

XIX turunun "Kəpəz” – "Qəbələ” və "Keşlə”- "Neftçi” matçları martın 9-da, "Səbail” – "Sumqayıt” və "Qarabağ” – "Zirə” matçları isə martın 10-da keçiriləcək.

XX turun "Keşlə”- "Qəbələ” matçı martın 13-də, turun digər üç oyunu isə martın 14-də olacaq.

Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları aprelin 11-dən aprelin 12-nə keçirilib.

XXIII turun "Zirə” – "Neftçi” matçı aprelin 14-dən aprelin 15-nə keçirilib.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA