"Neftçi"nin yeni prezidenti bəlli oldu! - Kamran Quliyev gətirildi

img

16-02-2018 [15:09]


"Neftçi”nin prezidenti Orxan Hüseynzadənin istefasının təfərrüatları məlum olub. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, 42 yaşlı futbol funksionerinin paytaxt klubundan gedişini SOCAR istəyib.

Hüseynzadənin "ağ-qaralar”dakı işi klubun təsisçisini qane etməyib. Buna görə də, onun "Neftçi”dən uzaqlaşdırılmasına qərar verilib.

Hüseynzadəni bu postda əvəzləyəcək şəxs də artıq məlumdu. Belə ki, bu gün "Sumqayıt”ın prezidenti vəzifəsindən istefa verən Kamran Quliyev bundan sonra "Neftçi”də eyni işi görəcək.

Onun "gənclik şəhəri” təmsilçisindən ayrılması da məhz bununla bağlıdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA