Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edildi - Yenə dopinq

img

10-02-2018 [20:05]


Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Mia.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, həndbolçu Səbinə Nuriyevadır. Azərbaycan millisinin və "Azəryol" klubunun qapıçısı 48 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.

33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.

Qeyd edək ki, Səbinə Nuriyeva "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Onu da xatırladaq ki, daha əvvəl Azərbaycanın 4 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün AMADA tərəfindən cəzalandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA