"Qalatasaray" liderlik şansını dəyərləndirə bilmədi, üstəlik... - Səfərdə gözlənilməz məğlubiyyət

img

04-02-2018 [22:55]


Türkiyə super liqasında bu gün "Sivasspor"un qonağı olan "Qalatasaray" liderlik kürsüsünə oturmaq şansını dəyərləndirə bilməyib.

Mia.az xəbər verir ki, Fateh Terimin yetirmələrinin bu gün "İstanbul başakşəhər"in xal itirdiyi bir məqamda liderliyə yüksəlmə şansı olsa da, səfərdə gözlənilməzdən  2-1 məğlub olub.

Bu azmış kimi,  sarı kart görərək cəzalı duruma düşən Muslera da "Antalyaspor" oyununda forma geyinə bilməyəcək. Bununla yanaşı, Denayer də oyunun bitməsinə 10 dəqiqə qalmış zədələnərək, meydandan çıxıb. Terim bütün dəyişiklik haqqını istifadə etdiyi üçün yeni əvəzləmə apara bilməyib vəbuna görə də  "Qalatasaray" oyunu 10 nəfərlə bitirib. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA