Qurban Qurbanov Azərbaycan milli komandasının heyətini açıqladı - SİYAHI

img

26-01-2018 [14:54]


Qurban Qurbanov Azərbaycan milli komandasının heyətini açıqlayıb. 

Mia.az AFFA-nın rəsmi saytına istinadən xəbər vrrir ki, Qurban Qurbanov Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək oyunçuları müəyyənləşdirib.

 Yanvarın 30-da Moldova ilə yoxlama oyunu keçirəcək yığmamıza 24 futbolçu dəvət alıb. 

Siyahıda "Qarabağ”ın 11 futbolçusu yer alıb. Qurbanov "Neftçi”dən 6, "Qəbələ”dən 3, "Sumqayıt”dan 2, "Keşlə”dən 1 futbolçunu heyətə daxil edib. 

Ölkə xaricində çıxış edən yeganə oyunçu isə Ukrayna "Aleksandriya”sının üzvü Pavel Paşayevdi.

 Heyətdə yığmada debüt etməyən Şahrudin Məhəmmədəliyev, Rəşad Əzizli, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Abbas Hüseynov da yer alıb. 

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Şahrudin Məhəmmədəliyev ("Qarabağ”), Rəşad Əzizli ("Neftçi”);

 Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı "Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı "Neftçi”), Təmkin Xəlilzadə ("Qəbələ”), Bəhlul Mustafazadə ("Sumqayıt”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna);


Yarımmüdafiəçilər: Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı "Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi "Neftçi”), Cavid Hüseynov ("Qəbələ”), Cavid İmamverdiyev("Sumqayıt”);

 Hücumçular: Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi "Qarabağ”), Ruslan Qurbanov ("Qəbələ”).

 Qeyd edək ki, milli komandanın sabah başlayacaq toplanışı yanvarın 31-dək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA