Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı - İdmançını qovdular

img

23-01-2018 [23:24]


Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dopinq qalmaqalı baş verib.

Mia.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, milli komandanın üzvü Rövşən Fətullayev sonuncu respublika çempionatından sonra dopinqdə ilişib. 

Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən R.Fətullayev test edilib. İdmançının testi Dünya Anti-Dopinq Agentliyinə (WADA) göndərilib. Artıq beynəlxalq qurum federasiyaya rəsmi məktub ünvanlayıb və testin müsbət olduğunu təsdiqləyib.

Saytımıza verilən məlumatda o da bildirilir ki, məktubu alan Azərbaycan Ağır Atletika Federasiyası bu gün Rövşən Fətullayevi millinin təlim-məşq toplantısından qovub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA