Mirhəsən Seyidova Milli Karate Federasiyasında vəzifə verildi

img

15-01-2018 [15:58]


Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi vəzifəsinə yeni təyinat olub.

AMKF-in idarə heyəti tərəfindən verilən qərarla məsul post "İRƏLİ" İctimai Birliyinin sədri Mirhəsən Seyidova həvalə olunub.

M.Seyidovun təyinatına qədər baş katib vəzifəsində çalışmış Mircabbar Seyidov bundan sonra Baş katibin məsul katibi vəzifəsində çalışacaq. Yeni formalaşmış katiblik ümumi formada federasiya işinin daha da sürətləndirilməsinə və yeni nəticələrin əldə olunmasında yaxından iştirakına çalışacaqdır. Ümumilikdə Federasiyanın, katibliyin əlaqəli işlərinə rəhbərlik MirHəsən Seyidov icra edəcək, O, eyni zamanda İRƏLİ İctimai Birliyinin idarə heyətinin Sədridir.

Qeyd edək ki, O, 2015-ci ildən "İrəli” İctimai Birliyinin sədri, 2015-ci il mayın 29-da isə İctimai Televiziya və Radio Yayımları Şirkətinin 6 il müddətinə Yayım Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvüdür və Prezident İlham Əliyev tərəfindən təsis olunmuş Gənclər üçün Prezident mükafatçısıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA