"Neftçi" əcnəbi futbolçusu ilə yollarını ayırdı - Klubdan açıqlama

img

09-01-2018 [19:08]


Neftçi” klubu əcnəbi futbolçusu Uqo Barqasla yollarını ayırıb.

"Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, fransalı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşmaya əsasında xitam verilib.

O, karyerasını Boliviyanın "Bluminq” klubunda davam etdirəcək.

Qeyd edək ki, Uqo Barqas "Neftçi”yə məhz 2012-2013 və 2015 - 2017-ci illərdə çıxış etdiyi "Bluminq”dən keçib. Barqas ötən ilin fevralında flaqmanla 1 illik müqavilə bağlayıb. Oktyabrda isə onun sözləşməsi cari mövsümün sonuna qədər uzadılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA