"Beşiktaş"ın qolçusu “Everton”a keçdi - 27 milyon avroya

img

04-01-2018 [14:59]


Türkiyə millisinin və "Beşiktaş”ın futbolçusu Cenk Tosun karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi "Everton”la 27 yaşlı hücumçunun keçidi ilə bağlı anlaşıb. 

Tosunun transferi 27 milyon avroya rəsmiləşəcək. 

Bununla da "ay-ulduzlular”ın futbolçusu ən bahalı türk oyunçu adına yiyələnəcək. O, 12 milyon avroya "Atletiko”ya keçən Arda Turanı arxada qoyacaq. 

Yaxın saatlarda 3,5 illik müqavilə imzalayacaq futbolçu ildə 4 milyon avro qazanacaq. 

Qeyd edək ki, "Everton”un baş məşqçisi Sem Ellerdaysın Tosuna "Liverpul”la keçiriləcək kubok oyununda debüt şansı verəcəyi gözlənilir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA