“Qəbələ”də daha bir futbolçu ilə yollar ayrıldı - Britaniyalı futbolçunun müqaviləsinə xitam verildi

img

02-01-2018 [11:05]


"Qəbələ”nin yarımmüdafiəçisi Endi Hallidey müqavilə ilə məxsus olduğu "Reyncers” klubuna qayıdıb.

 APA-nın məlumatına görə, bu barədə məlumatı Böyük Britaniyanın "Sun” nəşri yayıb.

 Xəbərdə bildirilir ki, Şotlandiya klubunun yarımmüdafiəçini geri qaytarmaq cəhdləri öz bəhrəsini verib. Belə ki, yayda "Qəbələ”yə birillik icarə əsasında keçən Hallideylə "qırmızı-qaralar” müqaviləyə xitam veriblər. 

Futbolçu Qlazqo təmsilçisinin qış fasiləsindən sonra Floridada keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.
 
Qeyd edək ki, buna qədər Təmkin Xəlilzadəni transfer edən "Qəbələ” Aqil Məmmədov, Tellur Mütəllimov və Ekiqo Ehiosunla yollarını ayırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA