Ukraynalı idmançı dünya çempionatından imtina etdi - Hicaba görə

img

28-12-2017 [18:51]


Şahmat üzrə Ukrayna çempionu Anna Muzıçuk Səudiyyə Ərəbistanında təşkil olunacaq dünya çempionatına qatılmaqdan imtina edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı idmançı Feysbuk hesabında məlumat verib.

O bildirib ki, imtinaya səbəb Səudiyyə rəhbərliyinin ondan hicab bağlamasını tələb etməsidir.

İdmançı bunu qadın haqlarına zidd addım kimi dəyərləndirib.

Qeyd edək ki, Annanın bacısı Mariya da bu il İranda təşkil olunacaq çempionata eyni səbəbdən qatılmaqdan imtina etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA