Rövnəq Abdullayev onlara yeni vəzifə verdi - SİYAHI

img

20-12-2017 [17:21]


Bu gün Bayıl stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev assosoiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə görə diplom və xüsusi hədiyyə təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra aşağıdakı qərarlar qəbul olunub:
 
1. Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq olunsun:

- U-21 və U-20 – Rəşad Sadıqov
- U-19 – Vüqar Məmməd
- U-18 – Zaur Həşimov
- U-17 – Ramin Quliyev
 
2. FIFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində 2 ədəd, Bakı Olimpiya Stadionunun ərazisində 1 ədəd təbii ot örtüklü standart ölçülü meydan salınsın
 
3. Nailə Rüstəm-zadə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunsun
 
İclasda həmçinin "Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və "Region Liqası” turniri ilə bağlı xüsusi tqdimatın müşayiəti ilə məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA