"Sponsorluqdansa, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı" - AFFA-nın baş katibi

img

20-12-2017 [13:24]


"Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. Bu gün hər şeyi açıb desək, araşdırmanı heç etmiş olarıq". 

Bunu AFFA-nın baş katibi Elxan Məmmədov danışılmış oyunlarda iştirak etmələri səbəbindən ömürlük futboldan uzaqlaşdırılan şəxslər barədə danışarkən deyib.

 O, faktla əlaqədar prokurorluğa müraciət etdiklərini bildirib: "Futbolçu qəsdən zəif oynadığını etiraf edirsə, bu, futbol qanunlarına zidd haldır. Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”.

Baş katib Azərbaycan tərəfinin İspaniya Futbol Federasiyasına sponorluq üçün 50 milyon avro ödəməyə hazır olduğu barədə AS nəşrinin yazdıqlarına da münasibət bildirib: "Xeyr, belə bir şey yoxdur. Bu, marketinq addımlarıdır. Belə edirlər ki, bizim tərəfdən də maraq yaransın. Türkiyə mətbuatında da SOCAR-ın adı hallanmışdı. Sponsorluqdansa, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı". 

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA