4 səfər məğlubiyyəti alan "Qalatasaray"ın baş məşqçisi qovuldu - 4 məşhur namizəd var + Siyahı

img

18-12-2017 [13:24]


Son 4 səfər oyununda məğlub olan Türkiyənin "Qalatasaray" futbol komandasının baş məşqçisi İqor Tudorla bağıı gözəniən istefa qərarı verilib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər veirr ki, səfərdə "Yeni Malatyaspor"a 1:2 hesabı ilə uduzaraq liderliyi əldən "Qalatasaray"da rəhbərlik bu gün Bakı  vaxtı ilə saat 15:00-da toplantı keçirib və bundan sonra Tudorla bağlı rəsmi qərar elan olunub.

Məlumata görə, müqavilə şərtlərinə görə, Tudora 400 min avro təzminat ödəniləcək.

Türk mətbuatının iddiasına görə, "Qalatasaray"ın baş məşqçisi vəzifəsinə 4 tanınmış şəxsin adı hallanır. Bunlar Fateh Terim, PSJ-nin keçmiş baş məşqçisi Laurent Blank, "Dortmund"un keçmiş baş məşqçisi  Tomas Tuçel və  "Lill"dən yeni ayrıan məşqçisi Marselo Bielsadır.  

Qeyd edək ki, "Qalatasaray" hazırda 33 xalla 1-ci pillədə olan "Başakşehir"dən 1 xal geridə qalır. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA