14-12-2017 [12:45]
"Məhkəmənin sonudur, bitir. Qərara görə, ondan üzr istəməliyəm. Amma üzr istəmirəm və məhkəmə də buna görə uzanır. Elə bir adamam ki, doğrulara görə heç kəsdən üzr istəmirəm. Yanlışım olsa, üzr istəyərəm”.
"Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Təranə Qumral "Səhər- səhər” verilişinə qonaq olarkən deyib.Sənətçi həmkarı Nazəninlə bir neçə ildir davam edən məhkəmə prosesinin qərarına münasibət bildirib:
"Mən efirdə demişəm ki, bir neçə dəfə ailə qurmusan. Səhv bir şey demişəm? Söyüş söyməmişəm, əxlaqsız sözlərdən istifadə etməmişəm. Söyməmişəm ki? Bir az şişirtmişəm. 7 dəfə yox, 5 dəfə ərdə olub. Məhkəmənin qərarına hörmətim var. Nə demişəmsə, düz demişəm. Sözümün üstündə dururam. Düz dediyim sözə görə üzr istəmərəm. Mən dədəmin qızıyam, o kişi olub. Məni həbs etsələr də, assalar da üzr istəməyəcəm.
Nə olsun ki, ona sübut edə bilməyiblər? Olub, keçib. Əsəbi halda birini o, digərini də mən demişəm. Türmədə yataram, amma belə addım atmaram. Sözümün canı var. Əsassız heç nə deməmişəm. İnsan özünü tanıya bilmirsə, sözüm yoxdur. Özü bilmir neçə dəfə ərə getdiyini? Nazənin xoşbəxt ola bilmir, yazığım gəlir. Hara gedirsə, ağlayır. Evləndiyi 5 nəfərlə şəklini gətirib bura düzərəm. Lap, 10 dəfə ərə getsin, bundan mənə nə? Məni məhkəməyə verdiyi üçün şəkillərlə sübut edə bilmirəm. Canlı yayıma qoşulub ağzına gələni danışdı. Mən də ona cavab verdim.

Mən yiyəli, sahibli bir insanam. Vallah o vaxt evli deyildi. Mənə dua eləsin ki, bu hadisədən sonra rəsmi olaraq evləndi. İndi ölkədən çıxışıma qadağa qoyublar. Xaricdə nə işim var? Qohumlarım, hər kəsim Azərbaycanda yaşayır. 4 ildir ki, bu müharibə gedir. Mən yıxılan, sürünən deyiləm. Mənə daş atdıqca güclənirəm. Ömür boyu gözü məni götürməyib”.
Xatırladaq ki, Nazənin vəkili ötən həftə yaydığı məlumatda T. Qumralın qarşı tərəfə 3 min manat təzminat ödəməlidir:
"Bakı Apelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. Digər qətnamədə də göstərilir ki, cavabdeh şəxs, İbrahimova Təranə Nazənin xanımın həyat yoldaşı Məhəbbət bəyə 3 min manat təzminat ödəməli və onun barəsində dediyi fikirləri də təkzib etməlidir. İcra şöbəsində bu məhkəmə qətnaməsi icradadır”.

Təranə Qumral yaşadığı qalmaqalla bağlı kitab yazacağını söyləyib:
"Zəng edir ki, Musaya toya gedək, amma Təranə bilməsin. Musa evə gəlir, mənə deyir ki, Nazənin təklif edir ki, Astrada toy var, bir gedək. Bunları mən bilirəm, heç nə deməmişəm. Daha sonra anonim zənglər edirdi. Mən qad edən qadın deyiləm, hər şeyə su səpərəm. Ailəmin paxıllığını çəkirdi, ona halal olsun. 4 ildir ki, bu qalmaqal barədə kitab yazacam. Bu il bitəndən sonra oxuculara təqdim edəcəm. Hamı görəcək ki, hər şey necə baş verib. Əvvəlcə min tiraj çıxacaq”.
Vəkil onu da əlavə edib ki, məhkəmə qərarına əsasən Təranə Qumral ölkədən kənara çıxa bilməz:"Bir neçə gün öncə məhkəmənin qərarına görə, İbrahimova Təranə Xeyrulla qızının ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib. Bu qərar da zəruri idi". .
Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal "ANS”in "Bazar səhəri” verilişindən başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala "Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir çox xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi.

İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb