Qurbanov Rusiya mətbuatına danışdı: "Hər matçda oyunçular və mən təcrübə topladıq”

img

30-11-2017 [19:11]


"Əlbəttə, nəticələr xoşdur. Bizim üçün çox ağır idi. Bakıya üç güclü klub gəldi. Qrup mərhələsindəki hər üç rəqibimiz Çempionlar Liqasının finalında oynamaq istəyir. Yaxşı oyun göstərmək üçün çox çalışdıq. İlk matçlarda nəticə barədə düşünmədik. Bütün futbolçular, xüsusilə, "Çelsi”yə qarşı Londondakı ilk matçda həyacan yaşadılar".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın championat.com saytına açıqlamasında deyib.

O, oyunçularının ÇL-də meydanda sərgilədikləri futboldan razı olduğunu bildirib: "Hər matçda oyunçular və mən təcrübə topladıq”.

Q.Qurbanov söyləyib ki, növbəti mövsüm də ÇL-in qrupuna düşmək üçün əvvəlcə Topaz  Premyer Liqasının qalibi olmalıdırlar: "Çempionatımız  güclüdür. Bildiyimə görə, Çempionlar Liqasının formatı dəyişəcək. Qrupa düşmək çətin olacaq. Çempionatda birinci yeri tutsaq, yenidən qrupa düşmək üçün daha çox çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ” ÇL-də C qrupunda 2 xalla sonuncu pillədədir. Ağdam klubu turnirdə son oyununda dekabrın 5-i "Roma"nın qonağı olacaq/Qol.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA