Dünya şahmatçılarının yeni reytinq siyahısı - Şəhriyar Məmmədyarov ölkə tarixində ilk dəfə 3-cü pilləyə yüksəlib

img

30-11-2017 [16:41]


 FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

 "Report"un məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə tarixində ilk dəfə 3-cü pilləyə yüksəlib.

Hazırda 2799 xala malik 32 yaşlı qrossmeyster yalnız norveçli dünya çempionu Maqnus Karlsen (2837) və ermənistanlı Levon Aronyandan (2805) geri qalır.

Teymur Rəcəbov 2 pillə irəliləyərək, 2748 xalla 17-ci pillədə qərarlaşıb. Ən böyük sıçrayışa isə Rauf Məmmədov nail olub. 2709 xala malik 29 yaşlı şahmatçı 18 pillə irəliləyib və 40-cı mövqeyə yüksəlib. 2705 xalı olan Arkadi Naydiç isə 1 pillə irəliləyib. O, hazırda 43-cüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA