Azərbaycanda iki futbolçu saxlanıldı - Əməliyyat + Şok səbəblər

img

30-11-2017 [10:41]


Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" klubunun iki futbolçusu saxlanılıb.

Bu barədə "Report”a paytaxt klubunun prezidenti Zaur Axundov məlumat verib.

O, bildirib ki, Nizami Hacıyev və Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilindikləri üçün saxlanılıblar.

Klub rəhbərinin sözlərinə görə, belə bir tədbir Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilən dəyişikliklərə uyğun olaraq görülüb: "Hər ikisi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Hadisə barədə dünən axşam xəbər tutmuşuq. Onların harada saxlanıldıqlarını bilmirik. Əlavə məlumat olan kimi mətbuata bildirəcəyik. Biz tərəfdən hüquq-mühafizə orqanlarına heç bir müraciət olunmayıb. Bu, sırf hüquq-mühafizə orqanlarının tədbridir. Günahları sübuta yetirilsə, cəzalanacaqlar. Günahsız olsalar, futbolçu karyeralarını davam etdirəcəklər. Bu məsələ təsdiqini tapsa, Azərbaycan futbolu üçün böyük ləkə olacaq”.

Qeyd edək ki, Nizami Hacıyevlə Mirhüseyn Seyidovun saxlanılmaları xəbərini ilk dəfə futbolinfo.az saytı yazıb.

***

Premyer Liqanın XIII turu çərçivəsində baş tutan "Neftçi” – "Keşlə” oyunu böyük qalmaqala səbəb olub. Meydan sahiblərinin 3:1 hesabı ilə qalib gəldiyi matçda qonaqların könüllü təslim olmasına dair ehtimallar təsdiqini tapır.

Mia.az Futbolinfo.az saytına istinadən xəbər verir ki, bu oyun yüksək səviyyədə araşdırılır və ilk addımlar atılıb. 

Dünən "Keşlə”nin baş məşqçisi Ramiz Məmmədovun 2 futbolçunun – Nizami Hacıyev və Mirhüseyn Seyidovun komandadan uzaqlaşdırılması haqda açıqlamasından bir neçə saat sonra şok hadisə baş verib. Axşamüstü hər iki futbolçu müvafiq orqanlar tərəfindən saxlanılıb və hazırda dəmir barmaqlıqlar arxasındadırlar.

"Neftçi” ilə oyundan sonra Ramiz Məmmədovun "səbəbləri açıqlasam, böyük partlayış ola bilər” sözləri təsadüfi deyilmiş...

Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA