"Atletiko"nun futbolçusu: "Qarabağ"la oyundan sonra səhərədək yata bilmədim"

img

28-11-2017 [11:22]


İspaniyanın "Atletiko" klubunun futbolçusu Filipe Luis Çempionlar Liqasında "Qarabağ"la keçirdikləri oyunlardan sonra keçirdiyi hissləri etiraf edib.

Bu barədə braziliyalı müdafiəçi "Cadena Ser" radiosuna açıqlama verib.

32 yaşlı müdafiəçi deyib ki, Madriddə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmanın ardından gecəni yata bilməyib: "Mən səhər saat 8-də yuxuya getdim və 8:30-da ayıldım".

Təcrübəli oyunçu "Atletiko"nun Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmasının çox çətin olduğunu da vurğulayıb: "Əlbəttə, şansımız var. Amma "Atletiko"nun 16 ən güclü arasında olması çox çətindir".

Qeyd edək ki, "Atletiko" "Qarabağ"la Bakıda 0:0, Madriddə isə 1:1 hesablı heç-heçə edib. C qrupunda 5 turdan sonra 10 xalı olan İngiltərənin "Çelsi" komandası birinci yeri tutub və Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. İkinci vəsiqə uğrunda 8 xala malik İtaliya "Roma"sı ilə 6 xalı olan "Atletiko" mübarizə aparır. Son turda "Roma" "Qarabağ"ı qəbul edəcəksə, "Atletiko" "Çelsi"nin qonağı olacaq. İspaniya təmsilçisi 1/8 finala yüksəlmək üçün İngiltərədə mütləq qalib gəlməli və "Roma"nın xal itkisinə ümid etməlidir. Filipe Luis 2014-2015 mövsümündə "Çelsi"də çıxış edib/Report.   

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA