Çempionlar Liqası: bu gün hansı komandalar üz-üzə gələcək?

img

21-11-2017 [08:46]


Bu gün Çempionlar Liqasında V tura start veriləcək. 

Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atacaq.
 
Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən PSJ, "Bavariya”, "Mançester Siti” və "Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdir.
 
İlk oyun günündə E qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun "Sevilya” - "Liverpul” görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi "Spartak”ın məğlubiyyəti sayəsində buna nail olacaq.
 
F qrupunda "Şaxtyor” 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındı. Bunun üçün Ukrayna təmsilçisi "Napoli”yə uduzmamalıdır. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq.
 
G qrupunda "Beşiktaş”la "Porto” mərhələ adlamaq imkanına malikdi. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün "Leypsiq” də xal itirməlidir. Belə nəticələr qeydə alınsa, elə "Porto” da xoşbəxtlər arasına qoşulacaq.
 
"Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün APOEL səfərindən qələbə ilə dönməlidir. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün "Borussiya” da xal itirməlidir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA