UEFA Azərbaycan komandalarına pul ayırdı - Hər birinə 71 min 53 avro

img

20-11-2017 [14:14]


UEFA Azərbaycan klublarına maliyyə yardımı edib. 

Mia.az AFFA-ya istinadən verir ki, UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klublara köçürülüb.
 
Belə ki, 6 komandanın – "Zirə”, "Keşlə”, "Sumqayıt”, AZAL, "Neftçi” və "Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib.
 
Qeyd edək ki, "Kəpəz” və "Keşlə” (sabiq "İnter”) üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA