Abramoviç Türkiyədə futbol komandası almaq istəyir - Rus milyonçuya yüksək məbləğ oxunub

img

10-11-2017 [18:00]


"Çelsi”nin sahibi Roman Abramoviç Türkiyə "bazar”ına maraq göstərməyə başlayıb. 

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, rusiyalı biznesmen "Karşıyaka” klubunun səhmlərini almaq niyyətindədi.
 
Bu yaxınlarda borc ucbatından xalının silinmək, hətta aşağı liqaya yuvarlanmaq təhlükəsi ilə üzləşən İzmir təmsilçisini bundan azarkeşləri xilas etmişdi. Türkiyədə Karaca adasını da almaq istəyən Abramoviçin "Karşıyaka” klubu üçün təklifinin detalları açıqlanmasa da, bunun yüksək məğlub olduğu bildirilir.
 
Qeyd edək ki, "Karşıyaka” Türkiyənin II liqasında mübarizə aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA