DÇ-2018-in rəsmi topu təqdim edildi - Messi, Zidan, Kaka, Alonso, Del Pyero Moskvadakı təqdimatda + FOTO

img

09-11-2017 [23:20]


Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topunu Moskvada təqdim edib.

TASS xəbər verir ki, tədbirdə "Barselona" futbol komandasının hücumçusu Lionel Messi, "Real"ın baş məşqçisi Zinəddin Zidan, "Milan"ın və Braziliyanın keçmiş yarımmüdafiəçisi Kaka, "Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero, eləcə də "Real"ın və İspaniyanın keçmiş yarımmüdafiəçisi Xabi Alonso iştirak edib.

Almaniyanın "Adidas" şirkəti tərəfindən hazırlanan topun adı "Telstar 18"-dir.

DÇ-2018 oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA